Məsud Pezeşkian Azərbaycana səfər edəcək
“İran Xarici İşlər Nazirliyi prezident Məsud Pezeşkianın bu həftə Azərbaycana gedəcəyini bildirib”.
“TV1” xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai açıqlama verib.
O, həftəlik mətbuat konfransında prezident Pezeşkianın Azərbaycana səfərindən danışıb.
Səfərin iki ölkə arasında əlaqələrin inkişafı baxımından əhəmiyyətli olduğunu qeyd edən Bəqai deyib: “Bu, ikitərəfli əlaqələrin genişləndirilməsi ilə bağlı məsələlərin müzakirəsi üçün bir fürsət olacaq”.