Metroda gedişhaqqı artacaq? - RƏSMİ AÇIQLAMA
“Bakı Metropoliteni” QSC-nin gedişhaqqı tariflərini tənzimləmə səlahiyyəti yoxdur.
“TV1” xəbər verir ki, bu barədə Səhmdar Cəmiyyətin açıqlamasında bildirilir.
Bildirilir ki, metro nəqliyyatında gedişhaqqı tarifinin tənzimlənməsinə yenidən baxılması ilə əlaqədar aidiyyəti səlahiyyətli qurumlar qarşısında məsələ qaldırmayıb.
Qeyd edək ki, daha öncə bəzi KİV-lərdə metroda gediş haqqının 0,55 AZN olacağı iddia edilirdi.