Metroda qatarlar niyə tuneldə qalıb? - AÇIQLAMA

media-ads_728_90

Bakı Metropolitenində sərnişin sıxlığı səbəbilə hüdud xəttinin keçilməsi və qapıların tutularaq saxlanILması müşahidə olunur. Nəticədə qatarlar stansiyalara daha aşağı sürətlə daxil olur və platformalarda normadan artıq dayanır. Arxadan gələn qatarlar da tunellərdə və stansiyalarda dayanmalı olur.

“TV1” xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavaba olaraq Bakı Metropoliteni QSC-dən məlumat verilib.

Bildirilir ki, Qırmızı və Yaşıl xətlər “28 May” stansiyasında kəsişərək birləşdiyindən bir neçə stansiyada bunun təsirləri hər iki xətt üzrə ümumi yubanmalara səbəb olub.

“Sərnişinlərdən xahiş edirik ki, yubanmalara yol verməmək üçün platformalarda təhlükəsizlik qaydalarına riayət etsinlər”, – deyə qurumdan bildirilib.

Qeyd edək ki, səhər saatlarından etibarən Bakı metrosunda problem yaranıb. Bütün stansiyalarda sərnişin sıxlığı müşahidə edilir. “Həzi Aslanov” metrostansiyası istiqamətində hərəkət edən qatar “İnşaatçılar” və “28 May” tunelində dayanıb.

media-ads_728_90
Paylaş