Metronun bağlanmasının əsas səbəbi AÇIQLANDI

media-ads_728_90

Bu gün saat 12:10 radələrində Bakı metrosunun “Ulduz”–“Nərimanov” mənzilində aralıq kabelində baş verən qısaqapanma səbəbindən təmas şəbəkəsinə elektrik enerjisinin verilməsində kəsinti yaranıb.

“TV1” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov bildirib.

O bildirib ki, qatarların hərəkəti elektrik enerjisindən asılı olduğundan yüksək gərginliyin kəsilməsi nəticəsində qeyd olunan sahədə qatarların hərəkəti müvəqqəti olaraq dayanıb.

Qeyd edək ki, saat 15:00-da metronun fəaliyyəti bərpa edilib.

media-ads_728_90
Paylaş