Mikroavtobus ağaca çırpıldı - ANBAAN GÖRÜNTÜLƏR

media-ads_728_90

Şəki rayonunun Orta Zəyzid kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

“TV1” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Müəyyən olunub ki, “Shaolin SLG 6602” markalı mikroavtobusun yoldan çıxaraq ağaca çırpılması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib və sürücü deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qalıb.

Avtomobildə sıxılı vəziyyətdə qalan 1990-cı il təvəllüdlü sürücü Famil Namiq oğlu Məmmədov xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

media-ads_728_90
Paylaş