Milli Yaylaq Festivalında taxta konstruksiya aşıb - Xəsarət alanlar var
Göygöldə keçirlən Milli Yaylaq Festivalında quraşdırılmış çardaq aşıb.
“TV1” xəbər verir ki, ilkin məlumata görə, xəsarət alanlar var.
Əraziyə təcili tibbi yardım briqadaları və aidiyyəti dövlət qurumlarının əməkdaşları cəlb olunub.
Yaralıya ilkin tibbi yardım göstərilib.








