Moskva məhkəməsindən AZAL-ın qəzaya uğrayan təyyarəsi ilə bağlı QƏRAR

media-ads_728_90

Moskvanın Basmannı məhkəməsi istintaqa 2024-cü ilin dekabrında AZAL-ın “Embraer 190” təyyarəsinin qəzaya uğramasına dair işlə bağlı Rusiyanın cənubunda iki ünvan üzrə sənədlərin götürülməsinə icazə verib.

“TV1” xəbər verir ki, bu barədə “RIA Novosti” məlumat yayıb.

Məlumatda qeyd olunur ki, 2025-ci ilin yanvar ayında müstəntiqlərin istədiyi bu qərar prokurorluq tərəfindən  dəstəklənib.

İnstansiya iş materiallarını yoxlayaraq, vəsatəti əsaslı hesab edib. Məhkəmə sənədlərin götürülməsinə icazə verib və qərar qanuni qüvvəyə minib.

Xatırladaq ki, faciə 2024-cü il dekabrın 25-də baş verib. Təyyarənin göyərtəsində 67 nəfər olub, onlardan 38-i həlak olub. Təyyarə fiziki və texniki xarici təsir nəticəsində qəzaya uğrayıb.

media-ads_728_90
Paylaş