Azərbaycanlı iş adamı şirkətində axtarış apaılması məlumatlarını təkzib edib - YENİLƏNİB
Rusiyanın ən böyük neft məhsulları daşıyıcısı olan “REILGO MMC” şirkətinin rəhbəri Rəhman Xəlilov Rusiya təhlükəsizlik qüvvələrinin şirkətin ofisində axtarışlar aparması ilə bağlı yayılan məlumatları təkzib edib.
“TV1” xəbər verir ki, o, bu barədə sosial şəbəkədə məlumat yayıb.
“Şirkətimizdə hər şey qaydasındadır, heç bir axtarış olmayıb, sakitlikdir”, – deyə o bildirib.
“REILGO MMC”-dən bildirilib ki, şirkətlə bağlı hər hansı əməliyyat-istintaq tədbirləri həyata keçirilməyib.
“REILGO MMC” ofisində axtarış həyata keçirilməsi ilə bağlı istənilən məlumatı rəsmi olaraq təkzib edir və məsuliyyətlə bildirir ki, bu gün – 25 iyul 2025-ci il tarixində şirkətin ofisində iş adi rejimdə aparılıb”, – şirkətdən bildirilib. /report.az/
17:09 ———————————————————————————————————————————-
Rusiyada azərbaycanlı iş adamı Rəhman Xəlilova məxsus “Railgo” şirkətinin ofisində axtarışlara başlanılıb.
“TV1” apa-ya istinadən xəbər verir ki, səhər saatlarında şirkətin Moskvanın Lujniki rayonundakı ofisinə xüsusi təyinatlılar və müstəntiqlər gələrək sənədləri müsadirə edib.
Onlar həmçinin, əməkdaşların binanı tərk etməsinə də icazə verməyib.
Qeyd edək ki, sözügedən şirkət Qara dəniz vasitəsilə neft və neft məhsullarının daşınmasını həyata keçirir. “Railgo”nun daşıdığı neftin bir qismi də Azərbaycana məxsusdur.
Xatırladaq ki, Rəhman Xəlilov məşhur azərbaycanlı oliqarx İsgəndər Xəlilovun oğludur.