Motosiklet daş lövhəyə çırpıldı - Sürücü öldü

media-ads_728_90

Neftçalada motosiklet daş lövhəyə çırpılıb, sürücü ölüb.

“TV1” xəbər verir ki, hadisə rayonun Aşağı Surra kəndində baş verib.

1979-cu il təvəllüdlü Ərziman Fərəcov “Planet 5” markalı dövlət qeydiyyat nişanı olmayan motosikletlə hərəkətdə olarkən idarəetməni itirib.

O, yolun kənarında olan daş lövhəyə çırpılıb və aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

media-ads_728_90
Paylaş