Naxçıvan Beynəlxalq Hava Limanına dron hücumu – YENİLƏNİB/FOTO+VİDEO
İrandan Naxçıvan Beynəlxalq Hava Limanına dron hücumu ilə bağlı yeni görüntülər yayılıb.
“TV1”xəbər verir ki, AZƏRTAC-ın bölgə müxbirinin Naxçıvan Beynəlxalq Hava Limanına dron hücumundan sonra hadisə yerindən çəkdiyi fotoları təqdim edirik.
Qeyd edək ki, İran İslam Respublikasının ərazisindən Naxçıvan Muxtar Respublikasına bu gün günorta saatlarında dron hücumları həyata keçirilib. Dronlardan biri Naxçıvan Muxtar Respublikasının Hava Limanının terminal binasına, digəri isə Şəkərabad kəndində məktəb binasının yaxınlığına düşüb.
Hava Limanının binasına zərər dəyir, iki mülki şəxs xəsarət alıb.
XXX
Martın 5-də Naxçıvan Beynəlxalq Hava Limanına dron hücumu olub.
“TV1” xəbər verir ki, AZƏRTAC-ın bölgə müxbirinin məlumatına görə, İran ərazisindən uçan dron aeroportun binasına və Babək rayon Şəkəkabad kənd tam orta məktəbin yaxınlığına düşərək partlayıb.
Hadisə yerinə yanğınsöndürənlər və təcili tibbi yardım avtomobilləri cəlb olunub.








