Naxçıvanda ağır qəza - Xəsarət alanlar var

media-ads_728_90

Naxçıvanda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“TV1” xəbər verir ki, qəza Naxçıvan-Sədərək magistralında qeydə alınıb.

Hadisə zamanı “Hyundai” və “Mercedes” markalı minik avtomobilləri toqquşub.

Qəzada 2 nəfər müxtəlif bədən xəsarətləri alıb. Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

media-ads_728_90
Paylaş