Neft Daşları yaxınlığında balıqçı dənizdə batıb, axtarışa helikopter cəlb olunub - VİDEO
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Neft Daşlarının yaxınlığında bir nəfər balıqçının dənizdə batması barədə məlumat daxil olub.
“TV1” xəbər verir ki, FHN-dən verilən məlumata görə, hadisə ilə əlaqədar dərhal aidiyyəti qurumlar, o cümlədən Xəzər dənizində üzən gəmilər məlumatlandırılıb.
Hazırda FHN-in Aviasiya dəstəsinin helikopteri və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunmaqla dənizdə batdığı ehtimal olunan Osmanov Rahim Ramiz oğlunun axtarışları davam etdirilir.
Əlavə məlumat veriləcək.








