Nərimanov rayonunda ağac avtomobilin üzərinə aşıb - FOTO/VİDEO - YENİLƏNİB

media-ads_728_90

Nərimanov rayonu, Faiq Yusifov küçəsi, 45 C ünvanında qurumuş ağac avtomobilin üzərinə aşıb. Avtomobilə əsaslı miqdarda ziyan dəyib.

Zərərçəkən Şəhriyar Əlibəy oğlu Əlibəyov TV1-ə müraciət edərək gecə saatlarında abtomobilinin üstünə qurumuş böyük ağac düşüdüyünü bildirib.

Zərərçəkmiş qeyd etdi ki, cari il fevral ayında ərazidə yaşayan sakinlər tərəfindən Bakı şəhəri İcta Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfat Birliyinə rəsmi olaraq müarciət edilib. Bununla bağlı qurumdan Baş direktor Mirdamət Seyidov tərəfindən rəsmi olaraq cavablardılıb ki, budama və qurumuş ağacalrın kəsilməsi mövsümü müddətdə, növbəlik əsasında həyata keçirilicək.

Sakinlərin sözlərinə görə, ərazidə olan digər böyük ağacların da aşmaq təhlükəsi var. Vətəndaşlar ərazidə yaranmış problemlərin həll olunmasını xahiş etsələr də, bununla əlaqədar sakinlərin aidiyyəti strukturlara etdiyi müraciətlərə vaxtında baxılmır.

Müraciətə zamanı adekvat cavab verilsəydi, bu gün belə təhlükəli vəziyyət də yaranmazadı. Mənzərə göz qabağındadır,ərazidə təhlükəli vəziyyət yaranıb, bu avtomobilin yerində insanlar da ola bilərdi….

Hadisə yerində çəkiliş qrupunun sorğusuna cavab olaraq Bakı şəhər Nəriman Nərimanov rayonu Bələdiyyə idarəsindən bildirlidi ki, quruma vəziyyətlə bağlı hər hansı bir müraciət daxil olmayıb. Bələdiyyə nümayəndələri hər bir müraciətə operativ və lazımi tədbirlər gördüklərini vurğulayıblar.

Vətəndaş Şəhriyar Əlibəyov dəyən maddi ziyanın kim tərəfindən qarşılanacağı hələ ki, sual altındadır. Əgər əlaqədar qurumlar öz vəzifələrinin öhdəsindən layiqincə gəlib, vətəndaşın müraciətinə daha həssas yanaşsaydı belə hal yaşanmazdı.

Təəssüf ki, bu gün paytaxt Bakıda və digər şəhərlərimizdə öz ömrünü başa vurmuş belə ağaclar təhlükə mənbəyi olaraq qalır. Bu sahədə ciddi monitorinq isə göz dəymir. Bəlkə də var. Amma biz görməmişik….

10:57

Nərimanov rayonu, Faiq Yusifov küçəsi, 45 C ünvanında qurumuş ağac avtomobilin üzərinə aşıb. Avtomobilə ziyan dəyib.

“TV1” -in hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, ərazidə təhlükəli vəziyyət yaranıb.

Yaranmış vəziyyətlə əlaqədar sakinlərin aidiyyəti strukturlara etdiyi müraciətlərə isə baxılmır.

Sakinlərin sözlərinə görə, ərazidə olan digər böyük ağacların da aşmaq təhlükəsi var. Vətəndaşlar ərazidə yaranmış problemlərin həll olunmasını xahiş edirlər.

Qeyd edək ki, ərazidə yaşayan sakinlər Ekologiya və Təbii Sərvətlər Nazirliyinə rəsmi müraciət ediblər. Müraciətə zamanında və adekvat cavab verilsəydi, bu gün belə təhlükəli vəziyyət də yaranmazadı. Mənzərə göz qabağındadır…

Görüntüləri təqdim edirik: 

media-ads_728_90
Paylaş