Nərimanovda baş verən partlayışda 7 nəfər xilas edilib - VİDEO/YENİLƏNİB 2
Bu gün saat 09:00 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində obyektdə partlayış baş verməsi səbəbilə çağırış qeydə alınıb.
“TV1” xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.
Dərhal 2 təcili tibbi yardım briqadası çağırış ünvanına cəlb olunub.
Təcili tibbi yardım briqadası tərəfindən 5 nəfərə (2-si kişi, 3-ü qadın olmaqla) yerində ilkin tibbi yardım göstərilib və onlar müştərək travmalarla ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.
Qeyd edək ki, ehtimala görə partlayış “AFEN Plaza” biznes mərkəzində baş verib.
**** ****
09:52
Paytaxtın Nərimanov rayonu Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində yerləşən ofislərin birində baş vermiş partlayışla əlaqədar polis əməkdaşları hadisə yerinə cəlb edilib.
“TV1” xəbər verir ki, DİN-in Mətbuat Xidmətindən polis əməkdaşları tərəfindən hadisə yeri mühafizə edilərək zəruri təhlükəsizlik tədbirləri görülür.
Partlayış nəticəsində 7 nəfər xəsarət alıb.
**** ****
09:27
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində obyektdə partlayış baş verməsi barədə ilkin məlumat daxil olub.
“TV1” xəbər verir ki, bu barədə FHN-dən bildirilib.
Qeyd edilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətləri və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.
Əlavə məlumat veriləcək.








