Nigar Köçərli: Bilsəydim ki, Bona Dea "Liv Hospital"ın filialı deyil, heç zaman onlara müraciət etməzdim

media-ads_728_90

Nəsimi Rayon Məhkəməsində “Liv Bona Dea Hospital”ının Əli və Nino kitab mağazaları şəbəkəsinin təsisçisi Nigar Köçərliyə qarşı qaldırdığı iddia üzrə məhkəmə iclası keçirilib.

“TV1” xəbər verir ki, iclas zamanı müəyyən olunub ki, “Bona Dea” şirkəti onun məşhur “Liv Hospital” şəbəkəsinə aid olduğunu təsdiq edəcək heç bir sənədi məhkəməyə təqdim etməyib.

Nigar Köçərli məhkəmə prosesi ilə bağlı sosial şəbəkə hesabında paylaşımında qeyd edib:

“Mən əməliyyat üçün xəstəxana seçərkən məhz “Liv” adına güvənərək oraya müraciət etmişdim. Xatırladım ki, “Liv Hospital” yüksək beynəlxalq standartlarla işləyən klinika şəbəkəsidir. Mən bilsəydim ki, Bona Dea “Liv Hospital”ın filialı deyil, heç zaman onlara müraciət etməzdim”.

media-nigar-kocerli

media-ads_728_90
Paylaş