media-1200x100

Nikolas Maduro üçüncü dəfə Venesuela Prezidenti olub

media-ads_728_90

Nikolas Maduro Venesuela Milli Assambleyasının binasında keçirilən andiçmə mərasimində and içərək, ardıcıl üçüncü dəfə ölkə prezidenti olub.

“TV1” xəbər verir ki, bu barədə Venesuela parlamentinin mətbuat xidməti məlumat yayıb.

Maduro ölkə rəhbəri kimi üzərinə düşən bütün öhdəlikləri yerinə yetirəcəyini vurğulayıb.

Prezidentin andını Venesuela parlamentinin sədri Xorxe Rodriges qəbul edib.

media-ads_728_90
Paylaş