Növbəti ildə elm xərclərinə ayrılacaq VƏSAİT

media-ads_728_90

2026-cı il dövlət büdcəsinin layihəsində elm xərcləri üçün 229,0 milyon manat vəsait proqnozlaşdırılır.

“TV1” xəbər verir ki, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.

Bildirilib ki, 2022-ci illə müqayisədə 2026-cı ildə bu xərclər 61,2 milyon manat və ya 36,5 faiz artıb.

Elm xərcləri üçün ayrılmış vəsaitin 206,6 milyon manatını və ya 90,2 faizini fundamental elm xərcləri, 22,4 milyon manatını və ya 9,8 faizini ümumdövlət xidmətləri üzrə tətbiqi tədqiqatlar ilə bağlı xərclər təşkil edir.

media-ads_728_90
Paylaş