Novxanı yolunda zəncirvari QƏZA - Ölən və xəsarət alan var

media-ads_728_90

Sumqayıtda zəncirvari qəza olub.

“TV1” xəbər verir ki, hadisə Novxanı yolunda qeydə alınıb.

İdarəetməni itirən “Kia” markalı avtomobil magistral yolda hərəkətdə olan digər avtomobillərlə toqquşub. Nəticədə avtomobildə olan sərnişin 1992-ci il təvəllüdlü Günel Hüseynova xəsarət alıb. O, xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına İyulun 29-da saat 00:20 radələrində 2 nəfər hospitalizasiya olunub. Mərkəzdən verilən məlumata görə, 1990-cı il təvəllüdlü şəxsə (kişi cinsli) qapalı kəllə-beyin travması, başın əzilmiş yarası, sağ bazu sümüyünün sınığı diaqnozları təyin edilib.

Hazırda Reanimasiya şöbəsində müalicəsi davam etdirilir, vəziyyəti ağırdır. Aqonal vəziyyət, ağır dərəcə travmatik və hemorragik şok diaqnozları təyin edilən 1992-ci il təvəllüdlü şəxsin isə aparılan reanimasiya tədbirlərinə baxmayaraq, 01:00 radələrində ölüm faktı qeydə alınıb. /apa/

 

 

media-ads_728_90
Paylaş