Novxanıda çimərlikdə batan 2 nəfərlə bağlı araşdırma aparılır
Binəqədi rayonunda 2 nəfər suda boğularaq ölüb.
“TV1” xəbər verir ki, hadisə iyulun 27-də Novxanı-Pirşağı yolunun kənarında yerləşən “Novxanı” ictimai çimərliyində qeydə alınıb.
Belə ki, Rəvan Əliyev və Əli Cabbarov ictimai çimərlikdə boğularaq ölüblər.
Faktla bağlı Binəqədi rayon prokurorluğunda araşdırma aparılır.