Novxanıda restoranda yanğın baş verib - YENİLƏNİB

media-ads_728_90

Abşeron rayonu, Novxanı kəndində restoranda baş vermiş yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri tərəfindən genişlənməsinə, o cümlədən bitişik tikilən otelə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

“TV1” xəbər verir ki, FHN-in Mətbuat xidmətindən verilən məlumata görə, yanğın nəticəsində ümumi sahəsi 2000 kv.m. olan restoranın 1-ci mərtəbəsinin terrasının dam örtüyünün yanar konstruksiyaları 70kv.m. sahədə yanıb.

Restoranın böyük hissəsi və bitişik otel yanğından mühafizə olunub.

****    ****

09:59

Abşeron rayonu, Novxanı kəndində restoranda yanğın başlayıb.

“TV1” xəbər verir ki, əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvələri və texnikaları cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində operativ tədbirlər görülür.

media-ads_728_90
Paylaş