media-1200x100

Nyu-York məhkəməsində Trampa hökm OXUNACAQ

media-ads_728_90

Nyu-York məhkəməsi Donald Trampın vəkillərinin rüşvət işindən imtina edilməsinə dair qaldırdığı vəsadəti rədd edib.

“TV1” xəbər verir ki, hakim Xuan Merçan Donald Trampa 47-ci prezident kimi andiçmə mərasimindən on gün əvvəl, yanvarın 10-da hökm oxunacağını açıqlayıb.

Hakim əlavə edib ki, Tramp məhkəməyə şəxsən gələ və ya virtual olaraq qoşula bilər. Bildirilib ki, hökmə əsasən o, Trampın həbs olunmasına göstəriş verməyəcək.

Donald Tramp 2016-cı ildə keçirilmiş prezident seçkiləri ərəfəsində aktrisa Stormi Deniyelsin susması məqsədilə rüşvət verməkdə və biznes məlumatlarını saxtalaşdırmaqda ittiham edilərək 34 maddə üzrə təqsirli bilinib.

media-ads_728_90
Paylaş