Oğuz-Qəbələ-Bakı su kəmərində QƏZA - Təchizat 4 günlük kəsiləcək

media-ads_728_90

Oğuz-Qəbələ-Bakı su kəmərində baş verən qəza ilə əlaqədar Bakı şəhəri və Abşeron yarımadasının bəzi ərazilərinə su təchizatında müvəqqəti fasilə yaranacaq.

“TV1” xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin məlumatında bildirilir.

Məlumatda qeyd olunur ki, işlər yekunlaşdıqdan sonra – iyunun 20-dən suyun əvvəlki rejimlə verilməsi bərpa olunacaq.

media-ads_728_90
Paylaş