Ordumuzun əsgəri vəfat etdi
Azərbaycan Ordusunun hərbi qulluqçusu vəfat edib.
“TV1” xəbər verir ki, əsgər Əli Ramin oğlu İbrahimlinin oktyabrın 5-i axşam saatlarında kəskin ürək-ağciyər çatışmazlığından vəfat etdiyi bildirilib.
Müdafiə Nazirliyi faktı təsdiqləyib.
Qeyd edək ki, mərhum oktyabrın 6-sı Şəmkirdə dəfn olunub.
Faktla bağlı araşdırma aparılır. /qafqazinfo.az/