Orta məktəbin döşəməsi çökdü - Şagirdlər təxliyə edildi
Xaçmazda orta məktəbin döşəməsi çöküb.
“TV1” xəbər verir ki, modern.az-ın məlumatına görə, hadisə rayonun Qobuqıraq kənd ümumi orta məktəbində siniflərdən birində baş verib.
Quba-Xaçmaz Regional Təhsil İdarəsi məlumatı təsdiq edib.
Qeyd edilib ki, hadisədən sonra təhlükəsizlik tədbirləri görülüb, təlim-tədrisin fasiləsizliyinin təmin edilməsi üçün şagirdlər başqa sinfə köçürülüblər.
“Təhsil müəssisəsinin mövcud vəziyyətinin qiymətləndirilməsi istiqamətində müvafiq tədbirlər görülür”, – deyə rəsmi açıqlamada bildirilir.