Orxan Səttarov Prezidentin Mətbuat katibi təyin edilib

media-ads_728_90

Orxan Rəcəb oğlu Səttarov Azərbaycan Respublikası Prezidentinin Mətbuat katibi təyin edilib.

“TV1” xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Qeyd edək ki, Orxan Səttarov Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin Xarici media ilə iş sektorunun müdiri olub. Buna qədər isə “Vestnik Kavkaza” xəbər agentliyində çalışıb. O, Elm və Təhsil Nazirliyinin Vətəndaşlara xidmət və sənədlərlə iş şöbəsinin müdir müavini Rəcəb Səttarovun oğludur. Orxan Səttarovun qardaşı İsmət Səttarov isə Azərbaycan Respublikası Audiovizual Şurasının sədridir.

media-ads_728_90
Paylaş