Ötən ay 94 nəfər zəhərlənib, 4-ü ölüb
Avqust ayı ərzində Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə zəhərlənmə səbəbi ilə 94 nəfər qəbul edilib.
“TV1” xəbər verir ki, bu barədə KTM-in mətbuat katibi Ruzbeh Məmməd məlumat verib.
Onun sözlərinə görə, şöbəyə qəbul edilən pasiyentlərdən 30 nəfər dərmandan, 37-si sirkə turşusundan, 5-i həlledici məhluldan zəhərlənən şəxslərdir.
“Həmçinin 13 nəfər ilan sancması, 7 nəfər allergik reaksiya, 2 nəfər botulizm zəhərlənməsi səbəbilə şöbəyə yerləşdirilib”, – deyə o, vurğulayıb.
Məlumata əsasən, zəhərlənən şəxslərdən 4-ü (2 qadın, 2 kişi) vəfat edib. Ölüm halları sirkə turşusu zəhərlənmələrindən qeydə alınıb.