23 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə sentyabrın 30-da ümumi çəkisi 22,8 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.
“TV1” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirlərinin davam etdirildiyi qeyd edilib.