media-1200x100

Özbəkistanda elektron siqaretlər qadağan olunur

media-ads_728_90

Özbəkistanda elektron siqaretlərin satışı və istehsalı qadağan olunur.

“TV1” xəbər verir ki, bu barədə Özbəkistan parlamentinin Qanunverici palatasının mətbuat xidməti məlumat yayıb.

Məlumatda qeyd olunur ki, qadağanı nəzərdə tutan müvafiq qanun layihəsi qanunverici palatanın növbəti plenar iclasında ilk oxunuşdan qəbul olunub.

Qanun layihəsi Özbəkistan Respublikası ərazisində nikotin çatdıran elektron sistemlərin, o cümlədən elektron siqaretlərin və onlara aid mayelərin dövriyyəsini (istehsalı, hazırlanması, saxlanılması, daşınması, idxalı və ölkədən ixracı) qadağan edir.

media-ads_728_90
Paylaş