media-1200x100

Pakistanın Baş naziri Azərbaycana səfər edəcək

media-ads_728_90

Pakistanın Baş naziri Şahbaz Şərif fevral ayında Azərbaycana səfər etməyi planlaşdırır.

“TV1”  xəbər verir ki, bu barədə Pakistanın “The News International” nəşri məlumat yayıb.

“Pakistan “Mərkəzi Asiya baxışı siyasəti” çərçivəsində region dövlətləri ilə fəal şəkildə əməkdaşlığın genişləndirilməsinə çalışır. Cənubi Qafqazın əhəmiyyətli ölkələri ilə əlaqələrini möhkəmləndirir. Bu strategiyaya uyğun olaraq, Baş nazir Şahbaz Şərif fevralın üçüncü həftəsində Azərbaycan və Özbəkistana səfər edəcək”, – deyə məlumatda qeyd olunub.

Bildirilib ki, səfər zamanı hökumət başçısını Baş nazirin müavini və xarici işlər naziri senator Məhəmməd İshaq Dar, bir sıra federal nazirlər və biznes ictimaiyyətinin nümayəndələri müşayiət edəcəklər.

“Məlumatlı mənbələrin sözlərinə görə, səfər çərçivəsində Pakistan iki ölkə arasında iqtisadi əməkdaşlığın inkişafına yönəlmiş bir neçə saziş imzalamağı planlaşdırır”, – deyə nəşr vurğulayıb.

media-ads_728_90
Paylaş