Pauerliftinq dünyasında FACİƏ - FOTO/VİDEO
Hindistanlı 17 yaşlı pauerliftinqçi Yaştiki Açarya məşq zamanı faciəvi şəkildə ölüb.
“TV1” xəbər verir ki, ölkənin ən perspektivli idmançılarından biri olan Açarya ailəsini yoxsulluqdan xilas etmək üçün uğur qazanmaq arzusunda idi.
Ölümcül səhv nəticəsində gənc idmançı həyatını itirib. 270 kiloqramlıq ştanq qırılıb və onun boynuna düşüb. Həmin an isə gənc idmançının xilas olmaq şansı qalmayıb.