Paytaxtda ana qızını bıçaqlayıb

media-ads_728_90

Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

“TV1” xəbər verir ki, Ramana qəsəbəsinin Şuşa şəhərciyində yaşayan 1985-ci il təvəllüdlü Səbirə Kazımova anası ilə mübahisə edib.

Mübahisə zamanı S.Kazımova anası tərəfindən bıçaqlanıb. O, sol qolun və sinə nahiyəsinin kəsilmiş-deşilmiş xəsarətləri alıb. Yaralı xəstəxanaya yerləşdirilib. Cərrahi əməliyyat edilib.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə əməli törətməkdə şübhəli bilinən 1957-ci il təvəllüdlü F.Vəliyeva saxlanılıb.

Faktla bağlı istintaq araşdırmaları davam etdirilir.

media-ads_728_90
Paylaş