Paytaxtda avtobusla yük avtomobili toqquşub - VİDEO
Bu gün səhər saatlarında Bakının Xəzər rayonunun Buzovna qəsəbəsində avtobusla yük avtomobili toqquşub.
“TV1” xəbər verir ki, 107 nömrəli marşrut avtobusu eyni istiqamətdə hərəkət edən yük avtomobilinə arxadan çırpılıb.
Məlumata görə, qəza baş verən zaman avtobusda sərnişin olmayıb.








