Paytaxtda külək fəsad törətdi - Avtomobillər zərər gördü - FOTO/VİDEO

media-ads_728_90

Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti, Balababa Məcidov küçəsində ötən gecə saatlarında külək fəsadlar törədib. Belə ki, XXI əsr liseyinin arxasında yerləşən həyətdəki qocaman ağac küləyin təsirindən qırılaraq ərazidəki avtomobillərin üzərinə aşıb.

“TV1” xəbər verir ki, bir neçə avtomobil ciddi zərər görüb.

Baş verənlər nəticəsində həyətdə sakinlərin hərəkət etməsi bir müddət çətinləşib.

Sakinlərin müraciətindən sonra bu gün səhər saatlarında sözügedən əraziyə aidiyyəti strukturlar tərəfindən texnika cəlb olunub. Qırılmış ağaclar budanıb və həyətə qırılıb tökülmüş ağacların budaqları daşınıb.

Qeyd edək ki, həyətdə qoca ağac var ki, bəzi evlərə hələ də təhlükə yaradır. Sakinlər aidiyyəti strukturlardan sözügedən problemin aradan qaldırılmasını xahiş edirlər. Bu tut ağacı da labüd təhlükə mənbəyi kimi görünür, güclü küləkdə qırılma ehtimalı var.

Mətanət Əliyeva 

media-ads_728_90
Paylaş