Paytaxtda mənzildən müəllimlə məktəbli oğlunun meyitləri tapılıb
Bakı şəhər Nəsimi rayonu 4-cü mikrorayon ərazisində faciəvi hadisə baş verib.
“TV1” xəbər verir ki, “qafqazinfo”nun əldə etdiyi məlumata görə, 20 Yanvar küçəsi 39 ünvanındakı binada yerləşən mənzillərin birində 13 yaşlı Kamran Abıyev və atası Əbülfəz Abıyevin meyiti tapılıb.
İlkin məlumata görə, ata-oğul mənzilə qazsızması nəticəsində boğularaq vəfat edib.
Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, K.Abıyev Nəsimi rayon 247 saylı orta məktəbin 7-ci sinif şagirdi olub.








