Paytaxtda motosikletlə avtomobil toqquşub - Bir nəfər ölüb/VİDEO

media-ads_728_90

Paytaxtın Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi ilə Fətəli xan Xoyski küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.

“TV1” xəbər verir ki, hadisə dünən gecə saatıarında Nərimanov rayonunda baş verib.

1994-cü il təvəllüdlü Tural Şəfizadə idarə etdiyi “Renault Megane” markalı avtomobil ilə hərəkətdə olan zaman əks istiqamətdə hərəkətdə olan 2007-ci il təvəllüdlü Ramal Səfərlinin idarə etdiyi “İhondza FX32” markalı motosiklet ilə toqquşub.

Hadisə nəticəsində Ramal Səfərli ölüb. Faktla bağlı cinayət işi başlanılıb.

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən “TV1”-ə verilən məlumata görə, hadisə nəticəsində motosikletin sürücüsü 19 yaşlı Ramal Səfərli həyatını itirib. Faktla bağlı araşdırma aparılır.

“Bu hadisədə 19 yaşlı gənc həyatını itirdi. Növbəti belə qəzaların baş verməməsi üçün qaydalara əməl etmək vacibdir. Yollarda faciələrin yaşanmaması üçün hərəkət iştirakçıları diqqətli olmalı və ən əsası yol hərəkəti qaydalarına riayət etməlidirlər”, – deyə NİİM-dən bildirilib.

media-ads_728_90
Paylaş