Paytaxtda reabilitasiya mərkəzində ölüm faktı baş verib

media-ads_728_90

Bakıda reabilitasiya mərkəzində ölüm faktı baş verib.

“TV1” xəbər verir ki, hadisə dekabrın 9-da Xəzər rayonu Şüvəlan qəsəbəsinin ərazisində yerləşən “Birlik” reabilitasiya mərkəzində qeydə alınıb.

Bakı şəhər sakini 1982-ci il təvəllüdlü Anar Şəfiyev müalicə aldığı mərkəzdə naməlum səbəbdən ölüb.

Faktla bağlı araşdırmalar aparılır.

Qeyd edək ki, adıçəkilən mərkəzin narkomaniya, alkoqolizm və digər asılılıqlarla mübarizə apardığı bildirilib.

media-ads_728_90
Paylaş