Paytaxtda sərnişin avtobusunu su basdı - VİDEO
Xəbər verdiyimiz kimi, aprelin 15-dən 16-a keçən gecədən başlayaraq, ölkə ərazisində intensiv yağış yağır.
“TV1” xəbər verir ki, bir çox ərazilərdə leysan yağıb, dolu düşüb.
Hazırda ölkə ərazisində yağıntılı hava şəraiti davam edir.
Qeyri-sabit hava şəraiti bir çox problemlər yaradıb, fəsadlara yol açıb.
Redaksiyamıza daxil olan məlumata görə, bu gün gündüz saatlarında paytaxtda hərəkət edən marşut avtobuslarından birini hərəkətdə olarkən su basıb. Belə ki, içərisində sərnişinlər olan avtobus su basmış küçə ilə hərəkət edərkən, yolda olan su avtobusun içərisinə dolub.
Görüntüləri təqdim edirik:
media-IMG_3602-2-vem8n1