Paytaxtda taksi körpünün üzərində olan beton arakəsməyə çırpılıb - Xəsarət alanlar var
Bakıda körpünün üzərində avtoqəza olub.
“TV1” xəbər verir ki, hadisə bu gün günorta saatlarında paytaxtın Nəsimi rayonunda qeydə alınıb.
Taksi kimi fəaliyyət göstərən avtomobil körpünün üzərində olan beton arakəsməyə çırpılıb. Qəza zamanı xəsarət alan şəxslər təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılıb.
Faktla bağlı araşdırma aparılır.
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən bildirilib ki, Bakıda taksi körpünün üzərində olan beton arakəsməyə çırpılıb, iki qadın xəsarət alıb.
Məlumata görə, bu gün saat 17:00 radələrində yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbilə çağırış qeydə alınıb, dərhal əraziyə təcili tibbi yardım briqadası cəlb olunub.
Qeyd olunub ki, hadisə yerində xəsarət alan 2 qadın təcili tibbi yardım briqadası tərəfindən zəruri tibbi xidmət göstərilib və bədənin müxtəlif dərəcəli xəsarətləri diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.








