Paytaxtda yaşayış binasında YANĞIN - Sakinlər təxliyə olundu
Bakının Nizami rayonunda beşmərtəbəli yaşayış binasında yanğın olub.
“TV1” xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Nizami rayonunda beşmərtəbəli yaşayış binasının birinci mərtəbəsində ümumi sahəsi 60 m² olan 3 otaqlı mənzilin bir otağının plastikdən ibarət pəncərəsi, 1 ədəd kondisioner və 1 ədəd dolab qismən yanıb.
Yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstülənmiş mənzillərdən 4 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.