media-1200x100

Paytaxtın 3 qəsəbəsində qaz olmayacaq

media-ads_728_90

3 qəsəbənin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

“TV1” xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.

Bildirilib ki, Binəqədi rayonunun Sulutəpə və Xocəsən qəsəbələrində qaz xətlərinin yerinin dəyişdirilməsi məqsədilə 16.01.2025-ci il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

“Qaz təchizatı dayandırılan müddətdə Sulutəpə, Xocəsən və Çiçək qəsəbələrində yaşayan istehlakçıların qaz təchizatında müvəqqəti fasilə yaranacaq”,- deyə məlumatda qeyd edilib.

media-ads_728_90
Paylaş