Paytaxtın mərkəzində yaşayış binasında YANĞIN
Paytaxtın Yasamal rayonunda yaşayış binasında yanğın başlayıb.
“TV1” xəbər verir ki, bu barədə məlumat BAKU.WS-in “qaynar xətti”nə daxil olub.
Bildirilib ki, hadisə metronun “Elmlər Akademiyasi” stansiyasının yaxınlığında, Hüseyn Cavid prospekti 87B ünvanında qeydə alınıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunub.
Yanğının söndürülməsi istiqamətində işlər aparılır.