Prezident İlham Əliyev Mövlud Çavuşoğluya başsağlığı verib

media-ads_728_90

Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin millət vəkili cənab Mövlud Çavuşoğluya başsağlığı məktubu ünvanlayıb.

“TV1” xəbər verir ki, başsağlığında deyilir:

“Hörmətli cənab Çavuşoğlu.

Ailənizə üz vermiş ağır itki – atanız Osman Çavuşoğlunun vəfatı xəbəri məni olduqca kədərləndirdi.

Bu üzüntülü anlarda dərdinizə şərik çıxır, Sizə və ailənizin bütün üzvlərinə dərin hüznlə başsağlığı verir, səbir diləyirəm.

Allah rəhmət eləsin!”

media-ads_728_90
Paylaş