Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı təbrik edib

media-ads_728_90

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 26-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib.

“TV1” xəbər verir ki, dövlətimizin başçısı Rəcəb Tayyib Ərdoğanı ad günü münasibətilə təbrik edib, ona uzun ömür, cansağlığı və gələcək fəaliyyətində uğurlar arzulayıb.

Türkiyə Prezidenti göstərilən diqqətə və təbrikə görə təşəkkürünü bildirib.

Telefon danışığı əsnasında dövlət başçıları gələcək təmaslara dair fikir mübadiləsi aparıblar.

media-ads_728_90
Paylaş