İlham Əliyev Rövşən İsmayılovu Ədliyyə Akademiyasına rektor təyin edib - SƏRƏNCAM
Rövşən İsmayılov Ədliyyə Akademiyasına rektor təyin edilib.
“TV1” xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncama əsasən, Rövşən Rəhim oğlu İsmayılov Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının rektoru təyin edilsin
Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.








