Prezident "Mərkəzi icra hakimiyyəti orqanlarının Nümunəvi Əsasnaməsi"ni təsdiq edib

media-ads_728_90

Azərbaycan Prezidenti İlham Əliyev “Mərkəzi icra hakimiyyəti orqanlarının Nümunəvi Əsasnaməsi”ni təsdiq edib.

“TV1” xəbər verir ki, dövlət başçısı Əsasnamənin təsdiq edilməsi barədə Fərman imzalayıb.

Prezidentin imzaladığı sənədə əsasən, Nazirlər Kabineti Nümunəvi Əsasnamənin tələbləri nəzərə alınmaqla, mərkəzi icra hakimiyyəti orqanlarının əsasnamələrinin təkmilləşdirilməsinə dair təkliflərini altı ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

media-ads_728_90
Paylaş