Prezident Trampa təşəkkür edib: Dostluğumuzu çox yüksək qiymətləndirirəm
“Mən dostluğumuzu çox yüksək qiymətləndirirəm”.
“TV1” xəbər verir ki, bu barədə Prezident İlham Əliyev rəsmi “X” sosial şəbəkə hesabındakı paylaşımında bildirib.
“Prezident Donald Tramp, TruthSocial hesabınızdakı xoş sözlərə görə təşəkkür edirəm. Azərbaycan və Ermənistan arasında sülh prosesinin irəliləyişində və tarixi Vaşinqton Sammitinin keçirilməsində Sizin mühüm rolunuzu dərindən qiymətləndirirəm. Siz Azərbaycan ilə ABŞ arasında əbədi dostluğun və formalaşmaqda olan strateji tərəfdaşlığın memarısınız. Mən dostluğumuzu çox yüksək qiymətləndirirəm”, – deyə dövlət başçısı qeyd edib.
Thank you, President Donald Trump, for your kind words on your TruthSocial account. I deeply appreciate your important role in advancing the peace process between Azerbaijan and Armenia and in hosting the historic Washington Summit. You are the architect of the eternal friendship… pic.twitter.com/X4AFvUmXMi
— Ilham Aliyev (@presidentaz) September 17, 2025