media-1200x100

Rusiya AZAL-a məxsus təyyarənin qəzaya uğramasının obyektiv və qərəzsiz araşdırılmasında maraqlıdır - Peskov

media-ads_728_90

“Rusiya Aktauda “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus təyyarənin qəzaya uğramasının obyektiv və qərəzsiz araşdırılmasında maraqlıdır”.

“TV1” xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Qəzanın səbəblərini müəyyən etmək üçün tamamilə obyektiv və qərəzsiz araşdırmada maraqlıyıq”, – deyə Peskov jurnalistlərə bildirib.

O, həmçinin rusiyalı mütəxəssislərin araşdırmaya kömək etdiyini, Rusiyanın müvafiq komissiyanın işinin nəticələrini gözlədiyini qeyd edib.

“Prezidentlər Putin və Əliyev iki dəfə telefonla danışıblar. İstintaq orqanlarına lazımi göstərişlər verilib, bu qəzanın səbəblərinin araşdırılmasında bütün lazımi yardım göstərilir və əməkdaşlıq həyata keçirilir. Putin üzr istəyib və təəssüfləndiyini bildirib”, – deyə Peskov vurğulayıb.

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə söhbətində insidentin Rusiya hava məkanında baş verməsi ilə əlaqədar üzr istəyib.

 

media-ads_728_90
Paylaş