Qanunsuz saxlanılan silah-sursat aşkarlandı
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilib.
“TV1” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Kütləvi informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev sosial şəbəkə hesabındakı paylaşımında bildirib.
Qeyd edilib ki, oktyabrın 7-də polis əməkdaşları tərəfindən keçirilən tədbirlərdə paytaxt və regionlarda 6 avtomat silah, 2 tapança, 1 qumbara, 2 alışdırıcı, 3 tüfəng, 5 patron darağı və 120 ədəd müxtəlif çaplı patron aşkarlanaraq götürülüb.