Qara dənizdəki "VİRAT" tankeri hücuma məruz qalıb
Qara dənizdə “VİRAT” tankeri yenidən pilotsuz katerlərin hücumuna məruz qalıb.
“TV1” xəbər verir ki, hücum səhər saatlarında olub.
Tankerin su xətti zədələnib. Heyət arasında yaralanan və ya xəsarət alan yoxdur.
Qeyd edək ki, Qara dənizdə ötən gecə “VİRAT” və “Kairos” tankerində partlayışlar olub.








