"Qarabağ" dünya reytinqində İRƏLİLƏDİ
“Qarabağ” komandası Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) açıqladığı dünya reytinqində beş pillə irəliləyib.
“TV1” xəbər verir ki, bu barədə qurumun rəsmi saytında məlumat verilib.
Azərbaycan çempionu 144,75 xalla 119-cu sıradadır.
“Zirə” (95,75 xal) 233-cü mövqedən 232-yə qalxıb. “Sabah” komandası 50 pillə artırıb. Ölkə kubokunun qalibi 76 xalla 317-ci ola bilib.
“Araz-Naxçıvan” isə 61,25 xalla 446-cıdır. Naxçıvan təmsilçisi əvvəlki reytinqdə 454-cü sırada idi.